Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb.
ONN media xəbər verir ki, qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.
"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.
Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərli idi.



“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
İnsan orqan və toxumalarının transplantasiyası QANUNİLƏŞDİ
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi- Siyahı
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
Erkən pensiyaya çıxmaqla bağlı qanun qəbul edildi - DİQQƏT
İşsizlərə ödənişin verilmə qaydası müəyyənləşdi
Milli Məclisin yeni deputatlarının orta yaşı neçədir? - SİYAHI
Əmək pensiyaları belə təyin ediləcək - Yeni qaydalar
Gələn il pensiya yaşı belə olacaq - CƏDVƏL
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - YENİ QƏRAR
Pensiya alanlara şad xəbər: Gələn həftə...
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
"Qarabağ" bir gündə 2 oyun keçirəcək
Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
Mbappe Messini keçdi
Günün qoroskopu: Bu gün bu işlər üçün əlverişli gündür
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır
Bu şəxslərə 3 il müavinət ödəniləcək
İyulun ilk günü hava necə olacaq?
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir 