ONN İnformasiya Agentliyi

Azərbaycanlılar Gürcüstandan təxliyə ediləcək

Azərbaycanlılar Gürcüstandan təxliyə ediləcək
28 İyul 2020 - 20:38

Azərbaycanın Gürcüstandakı səfirliyi həmvətənlərimizin növbəti təxliyəsini həyata keçirəcək.

Səfirlikdən bildiriblər ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var.Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşının adı da yer alıb.Təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər.

COVID-19 testi neqativ çıxacaq azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.Xatırladaq ki, indiyədək 1000 (min) Azərbaycan vətəndaşı Gürcüstan ərazisindən keçməklə ölkəyə təxliyə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png