ONN İnformasiya Agentliyi

COVID-19-la bağlı evdə nəzarətə götürülənlərin sayı açıqlandı

COVID-19-la bağlı evdə nəzarətə götürülənlərin sayı açıqlandı
20 İyul 2020 - 17:38

3 həftəyə yaxındır ki, ev şəraitində koronavirusa yoluxan şəxslərin müşahidəsi aparılır.

ONN media  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib: “Hazırda 12 862 vətəndaş ev şəraitində müalicə alır. Onların 8 mindən artığı test nəticəsi mənfi olanlardır. Eyni zamanda yoluxub sağalanlar, evə buraxılanlar bu sayın əksəriyyətini təşkil edir. Müalicə alanlar xəstəliyi yüngül keçirənlərdir. Hər gün sağalaraq bu insanlar poliklinika nəzarətindən çıxarılırlar”.

O qeyd edib ki, hər gün poliklinikalara 500-ə yaxın müraciət olur: “6000-ə yaxın yaxma ev şəraitində götürülür. Ehtiyac olduqda isə az qismi müəyyən məntəqələrə müraciət edərək analiz verir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png