ONN İnformasiya Agentliyi

Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ – Bu tarixdən…

Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ – Bu tarixdən…
20 İyul 2020 - 17:56

Dəniz kənarında yaşayıb dənizə getməyən insanların narazılığını başa düşürəm.

ONN media   xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib: “Biz çimərliklərin bu gün açılmasına hazır deyilik. Narahatıq ki, əldə etdiyimiz həssas nailiyyəti tez zamanda itirə bilərik. Çimərliyə gəldikdə orada məsafə saxlamaq mümkün deyil. İkinci risk isə insanlar gəldikdə müəyyən yerdən yemək alırlar və ümumi olduğu üçün yoluxma artır. Eyni zamanda çimərliyə eyni ərazidən yox, müxtəlif rayonlarından gəlirlər. Bu da yoluxmların artması deməkdir. Biz avqustun 5-dən sonra çimərliklərə gedişi bərpa edə bilərik”.

O əlavə edib ki, bir çox insanlar qanunları pozaraq Bakıdan rayonlara gedərək kəskin yoluxma sayının artmasına səbəb olub: “Buna görə də səbr edib, yoluxmaların sayını idarə olunan səviyyəyə gətirək. Biz buna nail olduqca sarı zonadan yaşıl zonaya keçə bilərik. Rayonlara gediş-gəlişi bərpa etməklə əldə etdiyimiz nailiyyəti itirəcəyik. Mən də bunu istəyirəm, amma bir az da səbr edək. Yoluxmalar nəzarət altına alınan kimi ilk addımlardan biri bu olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png