ONN İnformasiya Agentliyi

Gürcüstanlı soydaşlarımızdan Ordumuza dəstək

Gürcüstanlı soydaşlarımızdan Ordumuza dəstək
02 Noyabr 2020 - 19:35

Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.

ONN media  xəbər verir ki, Qaraçöp sakinlərinin təşəbbüsü ilə Vətən savaşı aparan, öz ərazi bötövlüyünü təmin etməyə çalışan Azərbaycan dövlətinə və ordusuna dəstək göstərilib.

Soydaşlarımız dövlətimizə və ordumuza dəstəklərini Azərbaycana 1000 başadək xırdabuynuzlu heyvan göndərməklə nümayiş etdiriblər. Sakinlər xırdabuynuzlu heyvanları Azərbaycan bayraqları ilə bəzədilmiş xüsusi avtomobillərə (TIR-lara) yükləyərək ölkəmizə yola salıblar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan dövlətimizin yanında olduqlarını bəyan edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png