ONN İnformasiya Agentliyi

Prezidentin köməkçisindən SEVİNDİRİCİ AÇIQLAMA

Prezidentin köməkçisindən SEVİNDİRİCİ AÇIQLAMA
20 İyul 2020 - 17:31

“Yoluxanların sayındakı azalma sevindiricidir”.

ONN media  xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, ümumilikdə Azərbaycan cəmiyyətinin çəkdiyi əziyyətin nəticəsidir: “Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz ”.

Ş. Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png