Əli İnsanov əfv edildi

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv fərmanı ilə keçmiş Səhiyyə naziri Əli İnsanov əfv edilib.
Xatırladırıq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla o, 11 il müddətinə azadlıqdan məhrum olunub. Son dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilmişdir.