ONN İnformasiya Agentliyi

Bu idarədə də məktəblər bağlandı

Bu idarədə də məktəblər bağlandı
02 Mart 2020 - 19:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ölkə ərazisində koronavirus (COVID – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara və Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən martın 3-dən 9-dək Baş İdarənin tabeliyində olan bütün uşaq musiqi və incəsənət məktəblərində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması haqqında qərar qəbul edib.

İdarədən Kult.az-a bildirilib ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png