ONN İnformasiya Agentliyi

Məktəblər yenidən bağlana bilər? – Rəsmi

Məktəblər yenidən bağlana bilər? – Rəsmi
04 Fevral 2022 - 15:35

Təhsil Nazirliyi koronavirusun yeni ştammı Omikronun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib.

ONN media  xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəb COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir:

“Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png