ONN İnformasiya Agentliyi

Nazir ADNA-da: terror qurbanları anıldı

Nazir ADNA-da: terror qurbanları anıldı
30 Aprel 2019 - 13:15

Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da baş verən terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.

ONN media xəbər verir ki, nazir hadisə ilə əlaqədar təhsil ocağının dəhlizində qoyulan barelyefə baxış keçirib.

O həmçinin Feysbuk hesabında paylaşım ederək, ahdisə qurbanlarının ailə üzvlərinə başsağlığı verib.

“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir.

İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm.

Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir”, – nazir yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png