ONN İnformasiya Agentliyi

Xüsusi məktəblər bağlana bilər? – Rəsmi

Xüsusi məktəblər bağlana bilər? – Rəsmi
02 Aprel 2024 - 14:38

Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır. Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur.

ONN media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.

O qeyd edib ki, xüsusi məktəbləri, sinifləri zəruri edən hallar mütləq olacaq.

“Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili zəruri edəcək, ya da uşağın hansısa dövrdə, müəyyən müddətdə xüsusi sinifə cəlb edilməsi vacib olacaq. Misal üçün, ağır davranış pozuntusu olan uşaqlar özlərinin yaxud başqaların sağlamlığına təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir müddət təhsil almaları tələb oluna bilər. Bəlkə, uşağın təhsilinin ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac yaranacaq.

Misal üçün, görmə qabiliyyətini qismən, yaxud tam itirmiş uşaqlara brayl əlifbasının və mühitdə istiqamətlənmənin öyrədilməsi üçün, yaxud eşitmə qabiliyyətini tam itirmiş uşaqlara işarət dilinin öyrədilməsi üçün. Ya da xüsusi məktəblər resurs mərkəzi kimi fəaliyyət göstərəcək, buradakı mütəxəssislər ümumi təhsil müəssisələrindəki müəllimlərin təlimləndirilməsində iştirak edə bilərlər.

Odur ki, xüsusi məktəblərin bundan sonrakı mərhələdə bağlanması müzakirə mövzusu olmasa da, genişləndirilməsi, sayının artması da planda yoxdur”, – deyə o əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png