Həsənəli xan Qaradağini UNUTMADIQ!

Unutmayaq, unutdurmayaq!
2 dekabr (d.1848 Şuşa - ö.1929 Şuşa) görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradağinin vəfat etdiyi gündür.
Allah rəhmət eləsin!
Nə bilim Qəzəli
Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
Saralıb bağü gülüstan solacağmış, nə bilim ?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?
Bitirib, bağ salıb, bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?
Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?
Aşiqə naz eləmək adət olub mə’şuqə,
Bu qədər naz eləyib can alacağmış, nə bilim ?
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?
Səltənət rütbəsini xar tutardım şah ikən,
Məni başdan ayağa qəm saracağmış, nə bilim ?
Ruzigarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?