Unutmayaq, unutdurmayaq!
2 dekabr (d.1848 Şuşa - ö.1929 Şuşa) görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradağinin vəfat etdiyi gündür.
Allah rəhmət eləsin!
Nə bilim Qəzəli
Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
Saralıb bağü gülüstan solacağmış, nə bilim ?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?
Bitirib, bağ salıb, bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?
Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?
Aşiqə naz eləmək adət olub mə’şuqə,
Bu qədər naz eləyib can alacağmış, nə bilim ?
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?
Səltənət rütbəsini xar tutardım şah ikən,
Məni başdan ayağa qəm saracağmış, nə bilim ?
Ruzigarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?



Həsənəli xan Qaradaği
Həsənəli xan Qaradaği - Azərbaycan maarifpərvəri
Həsənəli xan Qaradaği
28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
Kamran Həsənlidən ŞOK İFADƏLƏR
Mir Möhsün Nəvvabı unutmadıq
13 may Hikmət Ziyanın doğulduğu gündür
Ülvi Mehdiyev Səlcuq Bayraqdarla görüşdü
İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında
13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
Bu gün Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
Görəsən bu məsələni Ramiz müəllimlə əlaqələndirmirlər ki?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 