ONN İnformasiya Agentliyi

ABŞ -da fövqəladə vəziyyət elan edildi

ABŞ -da fövqəladə vəziyyət elan edildi
15 Fevral 2019 - 22:05

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda göstəriş verib.

ONN media xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sara Sanders bildirib. Tvitterdə Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu yerləşdirən Sanders “cənub sərhədində milli təhlükəsizlik və humanitar böhran probleminin həlli üçün” sözlərini yazıb.

Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,3 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png