ONN İnformasiya Agentliyi

FTX “Krokus” terror aktının təşkilatçısının xaricdə olduğunu açıqlayıb

FTX “Krokus” terror aktının təşkilatçısının xaricdə olduğunu açıqlayıb
07 May 2024 - 14:15

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moskva yaxınlığındakı “Krokus Sitİ Hall” konsert zalında törədilən terror aktının təşkilatçısının xaricdə olduğunu bildirib.

ONN media xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.

“Biz praktiki olaraq onun kim olduğunu təxmin edə bilərik. Xaricdə oturan əsas təşkilatçı var”, – deyə, o, agentliyə terror aktını sifariş edənləri müəyyən etməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Bortnikov qeyd edib ki, təhqiqat çərçivəsində “bir yolla ona çatmaq” üçün lazımi prosedurlar həyata keçirilir. Bununla bağlı o, daha konkret danışmaqdan imtina edib, çünki daha ətraflı əməliyyat işləri aparmaq lazımdır ki, nəticə əldə edilsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png