ONN İnformasiya Agentliyi

Paşinyan Azərbaycanla sərhədin delimitasiya prosesindən DANIŞDI

Paşinyan Azərbaycanla sərhədin delimitasiya prosesindən DANIŞDI
07 May 2024 - 13:03

“Tavuşdakı sərhəd sütunları Ermənistanın təhlükəsizliyinin təminatıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında sərhədin delimitasiyası və demarkasiyası prosesini qiymətləndirərkən deyib.

O bildirib ki, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılmasıdır, çünki əvvəlki təminatlar işləməyib.

“Hakimiyyət bu zəmanətləri gücləndirmək və sütunların sayını artırmaq üçün əlindən gələni edəcək”, –  deyə o əlavə edib.

Paşinyan qeyd edib ki, sərhəd sütunları qanuni əsaslarla quraşdırılır:

“Əvvəllər mən belə bir gücə qiymət vermirdim, çünki delimitasiya prosesinin, sərhəd sütunlarının quraşdırılmasının necə gedəcəyi, bunun iş prosesi, yoxsa toqquşmalarla dolu siyasi prosesə çevriləcəyi ilə bağlı suallar var idi. Hazırda işlərin çoxu artıq görülüb. İş nə qədər çox irəliləsə, təhlükəsizlik zəmanətlərinin formalaşdığına inam bir o qədər güclənir, müharibə isə məntiqsizləşir”.

Xatırladaq ki, mayın 6-na olan məlumata görə, Tavuş ərazisində Ermənistan və Azərbaycan 40 sərhəd sütunu quraşdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png