ONN İnformasiya Agentliyi

Rusiya Ermənistana niyə silah göndərir?- VİDEO

Rusiya Ermənistana niyə silah göndərir?- VİDEO
23 Aprel 2019 - 12:31

ONN media xəbər verir ki, Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcıları yerləşdirəcək.

Onlar bazada mövcud olan “MiQ-29” təyyarələrini əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

“Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək”, – agentliyin həmsöhbəti deyib.

Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir.

Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır. Çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png