ONN İnformasiya Agentliyi

Hacı Nuran müalicə üçün Almaniyaya gedir

Hacı Nuran müalicə üçün Almaniyaya gedir
29 Noyabr 2021 - 11:57

Aparıcı Nuran Hüseynovun (Hacı Nuran) səhhətində növbəti dəfə problem yaranıb. 

ONN media  xəbər verir ki, o, bu barədə instaqramda məlumat yayıb. N. Hüseynov deyib ki, müalicə almaq üçün Almaniyaya yola düşəcək:

“Yenə mənə yol göründü. Səhhətimlə bağlı Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir göstərdi. Belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, bir yerdə durmaq, həyat qaynayarkən sakin dayanmaq mənə xas deyil. Səhhətimdəki problemləri dostlarım, yaxınlarım bilir. Hətta məni zorla da olsa, xəstəxanaya yerləşdirmək istəyənlər də olub, müalicə edənlər də. Bu yaxınlarda Bakıda klinikalarım birində müalicə aldım. İnanın, bir az özümə gəldim. Dedilər ki, daha ciddi yataq rejiminə ehtiyac var. Bunun üçün həmişə müalicə olunduğum Almaniyadakı onkoloji klinikaya gedirəm. Xərçənglə mübarizəni davam etdirməliyəm. Mənə uğurlar diləyin, dualarınızı əskik etməyin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png