ONN İnformasiya Agentliyi

Bakıda yeni tikilən bina çökə bilər?- ŞOK

Bakıda yeni tikilən bina çökə bilər?- ŞOK
29 Aprel 2024 - 22:44

Bakıda dörd il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

ONN media-nın məlumatına görə, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binanın sakinləri  zirzəmiyə fasiləsiz su axdığını iddia edirlər.

Onlar bildiriblər ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.

Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png