ONN media

Moskvada məşhur otel satılır

Moskvada məşhur otel satılır
24 Avqust 2019 - 21:59

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı açıq auksion keçiriləcək.

ONN media xəbər verir ki,hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son günüdür. Auksion isə sentyabrın 2-də başlayacaq.

Otel memarlıq abidəsi kimi tanınır. Burada qonaqların ixtiyarına 150 nömrə təklif edilir. Mehmanxana kompleksinə üç restoran, damda panorama bar və konfrans zalı daxildir. Onun ərazisində, həmçinin SPA mərkəzi, gözəllik salonu, kafe və mağazalar da yerləşir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png