ONN İnformasiya Agentliyi

Ağsuda məktəbdə “bomba” həyəcanı – Saxlanılan var

Ağsuda məktəbdə “bomba” həyəcanı – Saxlanılan var
04 May 2022 - 12:52

Ağsuda “məktəbdə bomba var” deyən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 4-də saat 04.50-də DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.

O, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png