ONN İnformasiya Agentliyi

Azərbaycan polisinə güvənir, maaşları artmalıdır – Deputatlar

Azərbaycan polisinə güvənir, maaşları artmalıdır – Deputatlar
23 Aprel 2021 - 15:15

“Azərbaycanda 100 min nəfərə 1, dünya isə 13 nəfər insan alveri qurbanı düşür”.

ONN media  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, Azərbaycanda bu cinayət törədənlərə ən ağır cəzalar tələb olunur: “Azərbaycan polisə güvən baxımından ön sıralarda, 30-cu yerdədir”.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png