ONN İnformasiya Agentliyi

Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında

Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında
26 May 2022 - 11:58

Bakıda dörd yaşlı qızı öldürüb quyuya atmaqda şübhəli bilinən Mehman Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına göndərilib.

Qeyd edək ki, bu ilin fevral ayında Bakının Xəzər rayonunda istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun Məryəm Hüseynlinin qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png