ONN İnformasiya Agentliyi

Bakıda bu evlərin qiyməti BAHALAŞDI

Bakıda bu evlərin qiyməti BAHALAŞDI
23 Aprel 2021 - 8:43

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.

ONN media  xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O, bildirib ki, mart ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 1,25% bahalaşıb.

Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 971 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı gözlənilən idi.

N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur. Belə ki, fərdi yaşayış və bağ evlərin kirayə qiymətləri +3,58% artıb. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır. / “Trend”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png