ONN İnformasiya Agentliyi

Bakıda bu məktəbdə koronavirusa KÜTLƏVİ YOLUXMA

Bakıda bu məktəbdə koronavirusa KÜTLƏVİ YOLUXMA
04 Fevral 2022 - 11:04

Paytaxtın Xatai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub.

ONN media  xəbər verir ki, bu barədə Milli.Az-a valideynlər məlumat veriblər. 

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər. 

Qeyd edək ki, Milli.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 205 sinif distant təhsildədir. Məsələnin diqqətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artaraq gündəlik 6 min nəfəri keçib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png