ONN İnformasiya Agentliyi

Bakıda taksi sürücüsü saxlanıldı: xanım sərnişini…

Bakıda taksi sürücüsü saxlanıldı: xanım sərnişini…
03 Dekabr 2021 - 10:34

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

ONN media bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.

O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb: “Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək”, – o vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png