ONN İnformasiya Agentliyi

Bu gün 5 cəza çəkmə müəssisəsində aminstiya aktı icra olunur

Bu gün 5 cəza çəkmə müəssisəsində aminstiya aktı icra olunur
03 Dekabr 2021 - 10:43

Vətən müharibəsində qazandığımız tarixi Qələbənin – Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın bu gün cəza çəkmə müəssisəsində icrası həyata keçirilir.

ONN media  xəbər verir ki, aministiya aktı bu gün ümumilikdə 5 cəza çəkmə müəssisəsində həyata keçiriləcək.

Qeyd edək ki, bu dəfə qəbul edilmiş aminstiya aktı genişmiqyaslı olmaqla tətbiqi dairəsi böyükdür və həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunacaq.

Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir. Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq. Amnistiya aktı ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər də görüləcək. Həmin şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində müvafiq qurumlara müraciət edərək zəruri yardımlar ala biləcəklər.

Ümumiyyətlə, müstəqillik dövründə qəbul edilən 12 amnistiya aktı 100 mindən artıq şəxsə şamil olunub. 2007, 2009, 2013 və 2016-cı illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dörd amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq insana şamil edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png