ONN İnformasiya Agentliyi

Bu gün 8 124 şagird imtahandan keçir

Bu gün 8 124 şagird imtahandan keçir
15 Aprel 2021 - 8:51

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən daxil olan xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək buraxılış imtahanında 8124 şagirdin iştirak edəcəyi gözlənilir. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png