ONN İnformasiya Agentliyi

Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR

Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
15 Sentyabr 2021 - 22:25

Niderlandın Radbaud Universitetinin Tibb Mərkəzinin alimləri qripə qarşı peyvənd olunanların koronavirusa yoluxma ehtimalının 47%, ikinci dalğada isə 50% daha az olduğunu aşkar ediblər.

Tədqiqatın nəticələri “medRxiv” nəşrində dərc edilib.

Mütəxəssislər qrip peyvəndinin müəyyən dərəcədə koronavirusdan qoruduğuna inanırlar.

Qeyd edək ki, pandemiyanın ilk dalğası zamanı alimlər Niderlandda xəstəxana işçiləri arasında araşdırma aparıblar və qrip əleyhinə peyvənd olunanlar arasında koronavirusa yoluxma riskinin digərlərinə nisbətən 47% aşağı olduğunu sübut ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png