ONN İnformasiya Agentliyi

Dələduzluq edən Şirvan sakininə cinayət işi açıldı

Dələduzluq edən Şirvan sakininə cinayət işi açıldı
20 Dekabr 2021 - 19:55

Şirvan şəhər sakini Soltanova Mehparə Sücayət qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub.

Şirvan Şəhər Prokurorluğundan  bildirilib ki, müraciətlə əlaqədar aparılmış araşdırmalarla Mehparə Soltanovanın aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabrında ondan 1500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirdiyi və onu rüşvət verməyə təhrik etdiyi müəyyən olunub.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyənləşdirildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png