ONN İnformasiya Agentliyi

Yunus Oğuza “Qızıl ulduz” medalı təqdim olundu- ÖZƏL

Yunus Oğuza “Qızıl ulduz” medalı təqdim olundu- ÖZƏL
10 May 2024 - 18:57

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın “Türk Dünyasında İlin Ziyalısı” Beynəlxalq Diplomu və “Qızıl Ulduz” Medalı ilə təltif edilmək üçün namizədliyi verilən yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib .
ONN media xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza “Qızıl Ulduz” medalı artıq təqdim edilib.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.
Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png