ONN İnformasiya Agentliyi

Doktoranturaya qəbul qaydalarına dəyişiklik edildi

Doktoranturaya qəbul qaydalarına dəyişiklik edildi
07 İyun 2021 - 15:51

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

ONN media  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png