ONN İnformasiya Agentliyi

Dünyada yeni ştamdan ölən olub?

Dünyada yeni ştamdan ölən olub?
06 Dekabr 2021 - 14:35

Dünyada koronavirusun yeni “Omicron” ştamından dünyasını dəyişən olmayıb.

Buna baxmayaraq, tədqiqatçılara yeni ştamın əsl təhlükəsini və yoluxma səviyyəsini anlamaq üçün hələ bir neçə həftə lazım olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının rəhbəri Maykl Rayanın sözlərinə görə, mütəxəssislər yeni ştamın xəstəliyin daha mürəkkəb gedişatına səbəb olub-olmadığını öyrənmək niyyətindədirlər.

Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan  “Omicron” ştamı dünyada yayılmağa davam edir. Hazırda bu ştama CAR, Honqkonq, İsrail, Belçika, Çexiya, Almaniya, Böyük Britaniya, İtaliya, Avstraliya, Portuqaliya, Şotlandiya, Niderland, həmçinin ehtimallara görə Fransa, İsveçrə və Avstriyada rast gəlinib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png