ONN İnformasiya Agentliyi

Epilepsiya xəstəliyini bu yağla müalicə etdi

Epilepsiya xəstəliyini bu yağla müalicə etdi
06 May 2021 - 1:11

Epilepsiya xəstəsi zeytun yağlı keto pəhriz vasitəsilə xəstəliyə qalib gəlib. Hadisə Türkiyədə baş verib.

ONN media  xəbər verir ki, ailənin süni mayalanma ilə dünyaya gələn uşağı Cerendə 7 aylığından epilepsiya tutulmaları başlayıb. Öncə bunun şərti refleks olduğunu düşünən ailə bu hal davam edib artdıqdan sonra həkimə müraciət edib. Həkim müayinədən sonra azyaşlıya epilepsiya diaqnozu qoyub.

Dərman müalicəsinə başlanılsa da, bu effekt verməyib. Üstəlik xəstəliyi daha da irəliləyib. Ailə çarə olaraq İzmir şəhərinə gələrək burada həkimə uşağın videolarını göstərib. Həkimlər isə ketogenik zeytun yağı pəhrizi ilə xəstəliyin öhdəsindən gələ biləcəklərini deyiblər. Ceren 9 aylıq olan zaman müalicəyə başlayıblar.

“İlk 15 gün çətin keçdi, hətta xəstəxanaya təcili çatdırdığımız anlar olub. Sonralar isə tutulmaları dayandı. Müəyyən müddətdən sonra isə istifadə etdiyimiz 3 dərmana da gərək qalmadı”, – deyə Cerenin anası bildirib.

Qeyd edək ki, ketogenik pəhriz, dərmanlara qarşılıq verməyən epilepsiya tutmalarından əziyyət çəkən uşaqlara tövsiyə olunan yağ tərkibli pəhriz növüdür. Bu, yalnız Behçet Uz Uşaq xəstəxanasında həkim Orkide Güzel tərəfindən tətbiq olunur.

Hazırda uşağın vəziyyətinin yaxşı olduğunu deyən ata, əvvəllər başını belə tuta bilməyən qızının müalicədən sonra oturub, iməkləməyə, oynamağa başladığını söyləyib. /medicina.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png