ONN İnformasiya Agentliyi

Koronanın yeni ştammı yayılır – ÜST-dən AÇIQLAMA

Koronanın yeni ştammı yayılır – ÜST-dən AÇIQLAMA
02 Sentyabr 2021 - 16:28

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştamı ilə maraqlanır.

ONN media xəbər verir ki, bu fikirlər “New Scientist”in təşkilatın məlumatlarına istinadən yaydığı xəbərdə yer alıb.

Məlumata əsasən, ÜST koronavirusun “Mü” ştamını maraq doğuran COVID-19 mutasiyaları siyahısına daxil edib.

Koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştamı ilk dəfə 2021-ci ilin yanvar

ayında Kolumbiyada aşkar olunub. Bu ştam ilə yoluxma halları nəinki Cənubi Amerikada, həmçinin Avropada da aşkar olunub.

ÜST-nin məlumatına görə, hazırki vaksinlər bu ştama qarşı daha az effektiv nəticə göstərə bilər. Həmçinin qeyd olunur ki, koronavirusun bu ştamının araşdırılması üçün əlavə tədqiqatlar tələb olunacaq.

ÜST, həmçinin qeyd edir ki, “Mü” ştamının dünyada yayılması halları azalıb və hazırda 1%-dən az təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png