ONN İnformasiya Agentliyi

Kriminal avtoritet stomatoloji kresloda ÖLDÜRÜLDÜ

Kriminal avtoritet stomatoloji kresloda ÖLDÜRÜLDÜ
16 Fevral 2022 - 11:15

Ukraynanın Prikarpatye şəhərinin hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar aləmdə “Suxoy İqor” kimi tanınan kriminal avtoritet İqor Dutkanın qatillərinin axtarışına başlayıb.

ONN media xəbər verir ki, hüquq mühafizə orqanları “Suxoy İqor”un Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən güllələnməsi barədə məlumat yayıb. O, stomatoloji kresloda can verib.

Qətl barədə polisə birinci məlumat da diş həkimindən daxil olub.

O, izahatında bildirib ki, naməlum şəxs onun stomatoloji kabinetinə daxil olaraq pasiyentə silahdan bir neçə dəfə atəş açıb və dərhal oradan uzaqlaşıb.

Hazırda polis qanlı olayın digər təfərrüatını araşdırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png