ONN İnformasiya Agentliyi

Nazir bu qurumun yoxlanılması üçün tapşırıq verdi

Nazir bu qurumun yoxlanılması üçün tapşırıq verdi
16 Fevral 2021 - 12:21

Maliyyə Nazirliyi Vidadi Muradovun Azərxalça ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.

ONN media  xəbər verir ki, bu işi Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti həyata keçirir.

Maliyyə naziri Samir Şərifovun əmri ilə adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.

Azərxalça ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin Azərxalça ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu Azərxalça ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.(unikal.org)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png