ONN İnformasiya Agentliyi

Pəhrizsiz necə arıqlamaq olar?

Pəhrizsiz necə arıqlamaq olar?
02 Fevral 2022 - 20:32

Sən demə, xüsusi pəhrizə əməl etmədən də arıqlamaq mümkündür. Amerikada Diana İronz imzası ilə çıxan «Asan gözəllik sirləri» adlı kitabda qadınlara pəhrizsiz arıqlamağın üsulları açıqlanıb.

ONN media xəbər verir ki, bunun üçün aşağıdakılara riayət edilməlidir:

· İlk əvvəl özünüzə çox bəyəndiyiniz, əyninizə balaca olan bir libas alın. Bu sizdə arıqlamağa olan həvəsi gücləndirəcək.

· Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Bu sizin aclığınızın qarşısını alacaq.

· Yemək zamanı çoxlu bibər yeyin. Bibər bədəninizdəki yağları 25 faiz əridir.

· Qaranlıqda yeməyin.

· Aclıq hiss etdikdə musiqiyə qulaq asın.

· Gün ərzində ən az 20 dəqiqə küçədə gəzin.

· Yeməkdən sonra pilləkənləri çıxıb-düşün.

· Şokaladı yedikdən sonra çay yox, qazlı su için.  

· Rəflərinizdə olan libaslarınızı yerə töküb, onları yenidən yerləşdirməyə başlayın.  

· Yeməkdən sonra limon yeyin.

· Daha çox tərəvəzlərə üstünlük verin.

· Televizora baxarkən, qəzet və ya kitab oxuyarkən heç nə yeməyin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png