ONN İnformasiya Agentliyi

Peyvənd olunanların son sayı açıqlandı

Peyvənd olunanların son sayı açıqlandı
07 Fevral 2022 - 18:48

Azərbaycanda son sutkada 59 nəfər vaksinasiya olunub.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı bir nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya qeydə alınmayıb.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 58-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 752 395 nəfər təşkil edir.

Ümumilikdə isə 2 217 836 buster doza vurulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png