ONN İnformasiya Agentliyi

Qarabağda 2 erməni öldü

Qarabağda 2 erməni öldü
14 Noyabr 2021 - 19:46

Qarabağda, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan ermənilər arasında koronavirusa yoluxma sürətlə artır.

ONN media xəbər verir ki, son sutkada cəmi 199 test aparılıb və daha 56 nəfərdə COVID-19 virusu aşkarlanıb.

Hazırda 145 erməni xəstəxanalarda müalicə alır, onlardan 20-nin vəziyyəti çox ağır, 75-nin isə ağırdır.

Koronavirusdan son sutkada 2 nəfər ölüb.

Qeyd edək ki, Xankəndi və ətrafında cəmi 20 min civarında erməni yaşayır və bu statistika əhali sayına görə yüksək sayılır. Ona görə də bəzi məktəblərdə əyani tədris dayandırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png