ONN İnformasiya Agentliyi

Semyon Peqov Azərbaycandan icazəsiz Qarabağa gəldi

Semyon Peqov Azərbaycandan icazəsiz Qarabağa gəldi
11 Noyabr 2021 - 22:03

Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, “WarGonzo” layihəsinin müxbiri Semyon Peqov yenidən Qarabağa qanunsuz səfər edib.

ONN media  xəbər verir ki, bu barədə “WarGonzo”nun “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, o, seperatçı qurumun hərbçiləri ilə görüşdüyünü, Ağdam yaxınlığında yerləşən təmas xəttində olduğunu deyib.

Qeyd edək ki, Semyon Peqovun getdiyi ərazilər hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png