ONN İnformasiya Agentliyi

“SinoVac” peyvəndinə icazə verilir – PROSEDUR BAŞLADI

“SinoVac” peyvəndinə icazə verilir – PROSEDUR BAŞLADI
04 May 2021 - 21:34

Avropa Dərman Agentliyi (EMA) Çinin “SinoVac” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvəndin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib.

ONN media  xəbər verir ki, təşkilat məlumatların sürətləndirilmiş dəyərləndirilməsini həyata keçirəcək. “SinoVac“ peyvəndi barədə qərar kliniki və laboratoriya tədqiqatlarının nəticələri əsasında qəbul edilib. Peyvəndin orqanizmdəki anticisimləri koronavirusa qarşı stimullaşdırması və buna görə də COVID-19 xəstəliyinə qarşı effektivliyi onun Avropada da tətbiqini gündəmə gətirib.

Avropa İttifaqında EMA-nın tövsiyəsi əsasında indiyədək dörd peyvəndin (“AstraZeneca”, “BioNTech/Pfizer”, “Johnson & Johnson” və “Moderna”) tətbiqinə icazə verilib. Hazırda “SinoVac“ peyvəndindən başqa daha üç peyvəndin yoxlanışı həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png