ONN İnformasiya Agentliyi

Təhsil Nazirliyindən məktəb direktorunun səs yazısı ilə bağlı açıqlama

Təhsil Nazirliyindən məktəb direktorunun səs yazısı ilə bağlı açıqlama
27 Yanvar 2022 - 13:47

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.

ONN media xəbər verir ki, bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

“Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək”, – nazirlikdən qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png