ONN İnformasiya Agentliyi

”Tərtər işi” işi ilə bağlı zərərçəkən şəxslərin SAYI AÇIQLANDI

”Tərtər işi” işi ilə bağlı zərərçəkən şəxslərin SAYI AÇIQLANDI
19 Aprel 2022 - 16:26

”Tərtər işi” işi ilə bağlı zərərçəkən şəxslərin sayı məlum olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.Qeyd olunub ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib: “Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png