ONN İnformasiya Agentliyi

Tural Abbaslı koronadır, ya yox? – TƏBİB-dən cavab

Tural Abbaslı koronadır, ya yox? – TƏBİB-dən cavab
19 Aprel 2021 - 13:22

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağ Partiyanın rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsinin pozitiv və sonradan neqativ çıxması ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirib.

ONN media bildirir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ çıxmasıdır.

Onun sözlərinə görə, bu kimi hallara bütün dünyada qarşılaşmaq mümkündür:

“TƏBİB olaraq dəfələrlə bunun izahı verilib və yenidən izah etməyi özümüzə borc bilirik. Əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarında silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsi ola bilər. Yəni, yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik. Belə hallara Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi onda ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getməlidir. Bu, həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png