ONN İnformasiya Agentliyi

Xankəndidə ermənilər zirzəmidə yaşayır: nə iş var, nə su…

Xankəndidə ermənilər zirzəmidə yaşayır: nə iş var, nə su…
09 Sentyabr 2021 - 16:33

Xankəndidə separatçı-terrorçu rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyan üzləşdikləri problemləri etiraf edib.

ONN media xəbər verir ki, Stepanyan ermənilərin mənzildən tutmuş su təminatına qədər problem içində olduğunu deyib:

“Mobil əlaqədə, internet bağlantısında ciddi problemlərimiz var, müəyyən ərazilərdə isə bu, ümumiyyətlə yoxdur. Su problemi yaşanır. Mənzil məsələsi əsas problemlərdən biri olaraq qalır. Əhalinin əksəriyyətinin mənzili yoxdur. İnsanlar bəzən həyatın ən elementar şəraitindən məhrum olurlar. Bu problem müharibəyə qədər Xankəndidə mövcud idi, müharibədən sonra daha da kəskinləşdi. İnsanlar zirzəmilərdə qalır, sanitar qovşaqdan belə məhrumdurlar”.

Stepanyan onu da bildirib ki, müharibədən sonra iş və gəlir yerləri kütləvi şəkildə ləğv olundu.

Qeyd edək ki, Azərbaycan suveren ərazisində yaşamağa icazə verdiyi ermənilərə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşamağı təklif edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png