ONN İnformasiya Agentliyi

Xarici diplomatlar Şuşada

Xarici diplomatlar Şuşada
09 İyul 2021 - 15:10

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşa şəhərinə gəliblər.

ONN media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səfər çərçivəsində xarici diplomatlar bir sıra tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan Qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini, Qazançı kilsəsi və digər məkanları ziyarət edəcəklər.

Qeyd edək ki, Şuşaya gəlməzdən əvvəl Füzuli rayonunda olan diplomatlar beynəlxalq hava limanının tikintisinin gedişi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png