ONN İnformasiya Agentliyi

“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?

“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?
09 Fevral 2022 - 15:28

Metronun yeni tikilən “Xocasən” stansiyasının ilin sonuna qədər istismara verilməsi gözlənilir”. 

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Qurum rəsmisinin sözlərinə görə, bu istiqamətdə işlər planlaşdırılmış qaydada davam edir: “Deponun özündə infrastrukturun qurulması üçün ilkin işlər aparılır və qatarlara texniki baxış keçirilir. Deponun yollarında da infrastruktur qurulması üçün paralel işlərə başlanılıb. 

Elektrik təchizatı, qatarların hərəkət sistemini təmin edəcək qurğuların quraşdırılması istiqamətində də işlərə başlanılıb. Stansiyanın özündə də inşaatın əsas mərhələsi başa çatıb və hazırda tamamlanma işləri aparılır. Bütün bunlarla yanaşı, yol infrastrukturunun qurulması istiqamətində, həmçinin xidməti otaqlarda da tamamlanma işləri aparılır”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png