“Halka” serialında baş rollardan birini ifa edən aktyor Kaan Yıldırım həyat yoldaşı Egi Eyuboğlundan boşanıb. ONN media xəbər verir ki, 2016-cı ildə evlənən cütlük anlaşmalı olaraq ayrılmağa qərar verib. Bu barədə aktyorun həyat yoldaşı instaqramda məlumat yayıb. Açıqlamada deyilir: "Ezgi Eyüboğlu və Kaan Yıldırım birgə verdikləri qərar əsasında razılaşdırılmış olaraq boşanıb. Bundan sonrakı həyatlarında münasibətlərinə hörmət və ehtiram çərçivəsində dost qalaraq davam edəcəklər". Məlumat üçün bildirək ki, cütlük 2013-cü ildə birgə rol aldıqları "Hey İstanbul" serialının çəkilişlərində tanış olub.
Məşhur cütlük boşandı - GÖZLƏNİLMƏZ QƏRAR

