Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib
ONN media xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
***
İlkin məlumata görə, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Hazırda ərazidə güclü yanğın müşahidə edilir. FHN əməkdaşları yanğını söndürməyə çalışır.
***
Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
“Yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib”, - deyə bildirilib.